Təsisçisi məşhur İlon Mask olan "The Boring Company" şirkəti tunellərin qazılması üzrə yarış keçirəcək.

Open.az xəbər verir ki, yarışlara fərqli ölkələrdə fəaliyyət göstərən mühəndis şirkətləri və ya fərdi mütəxəssislər qatıla biləcək. Məqsəd isə innovativ həll yollarının tapılması və texnoloji yeniliklər köməyi ilə tunel qazılmasını maksimum tezləşdirməkdən ibarətdir.