Çinli mənbələr iddia edirlər ki, "Apple" şirkətinin ilk qatlanan smartfonu növbəti il ərzində təqdim ediləcək.

Yeni model iPhone smartfonunun "Face ID" sistemi ilə təchiz edilən üst kəsiyi ləğv edilərək, onun əvəzinə kənar hissədə daktiloskopik ötürücü ilə təchiz ediləcəyi qeyd edilir.

Open.az xəbər verir ki, smartfonun ekranı bütöv olaraq qatlanmayacaq. Model aralarında çox az məsafə olan iki ekrandan ibarət olacaq.

Smartfonun kənar hissələri "iPhone 11" smartfonunda olduğu kimi dairəvi olacaq.

FaceID sisteminin isə əsas kameraya əlavə ediləcəyi bildirilir. Lakin sınaq zamanı smartfonun kilidinin açılması üçün cihazı çevrilməyin rahat olmadığı məlum olacaq.

Günel Gözəlova

Yeni qatlanan iPhone modelinin qeyri-rəsmi renderi