Çinin ən böyük telefon istehsalçılarından olan “Huawei” şirkəti bu ilin ən çox marağa səbəb olması gözlənilən “P30” və “P30 Pro” modellərinin texniki göstəriciləri barədə məlumat yayılıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, cihazın ən diqqət çəkən xüsusiyyəti “OLED” ekrana sahib olmasıdır. “Huawei Mate 20 Pro” modelində olduğu kimi ekran üzərindən barmaq izi sensorunun olması gözlənilir.

Ekran ölçüləri necə olacaq?

3D üz tanıma xüsusiyyətinə malik olması gözlənilən “P30” modelində 6.1 inch, “P30 Pro” modelində isə 6.5 inch olması gözlənilir.

“P30” 8GB RAM, “P30 Pro” versiyasında isə 12GB RAM ilə təhciz olunması nəzərdə tutulub. Kamera isə həmişəki kimi mobil telefon bazarında birinci olmağa iddialıdır. Belə ki, 40 MP + 20 MP + 13 MP və əlavə olaraq 4-cü linza olacağı planlaşdırılan cihaz həmçinin sürətli enerjiyığma xüsusiyyətinə də malik olacaq.

Huawei P30” və “P30 Pro” modellərinin 24 fevral təqdim olunması və bazara çıxarılması nəzərdə tutulub.