Bir müddətdir ki, ABŞ-ın qəzəbinə tuş gələn çinli texnoloji-korporasiyalardan biri "Huawei"in xilaskarı peyda olub.

Open.az xəbər verir ki, "İntel" şirkəti "Huawei" korporasiyası ilə əməkdaşlıq etmək üçün müvafiq lisenziya əldə edib. Beləliklə də, "Huawei" brendi "xilaskar" sayəsində cihazlarını lazımlı çipsetlər ilə təmin etmək imkanı qazanacaq.

Bir müddət əvvəl "AMD" şirkətinin belə ABŞ hökümətindən, çinli texnoloji şirkətlər ilə əməkdaşlıq üçün lisenziya əldə etməsi barədə məlumatlar paylaşılırdı. Lakin, şirkətin məhz hansı korporasiyalar ilə əməkdaşlıq edəcəyi hələ də, məlum deyil.