"Huawei" şirkəti əlavə reallıq (AR) eynəyini patenləşdirib. Sözügedən cihaz konstruktiv özəlliyi ilə seçiləcək.

Open.az xəbər verir ki, eynəyin qulaqa taxılan bir tərəfində 180 dərəcə çevrilə bilən kamera yerləşdirilib.

Bundan əlavə şəbəkədə cihaz ilə bağlı əks edilən məlumatlarda eynəyin kamerasını idarə və çəkilişini təmin edə bilən tətbiq barəsində danışılıb.

Beləliklə də, "Huawei" brendinin eynəyinin 180 dərəcəlik kamerası və smartfonda quraşdırılan tətbiqinin köməyi ilə istifadəçi ətrafda baş verənləri rahatlıqla izləmək imkanı əldə edəcək. Kameraya ehtiyac qalmadıqda isə o korpusun daxilində gizlənəcək.