"HP" brendi "Motorola razr" modelinə bənzər konfiqurasiyalı yığılan-smartfon yaratmaq fikrindədir. Yenilik barəsində məlumat artıq Beynəlxalq intellektual sahibkarlıq təşkilatının saytında əks olunub.

Open.az xəbər verir ki, "Letsgodigital" patent sənədləşdirməyə uyğun olaraq renderləri paylaşıb. Renderlərdə, çərçivəsiz struktura malik cihaz ilk olaraq diqqəti cəlb edir.

Bundan əlavə, bu tip görünüşə malik digər smartfonlardan fərqli olaraq sözügedən modelin hər iki hissəsi istənilən tərəfə qatlana biləcək.

Qeyd edək ki, model qatlandığı zaman belə displeyin kiçik bir hissəsi görünən olaraq qalır. Bu isə smartfonu açmadan, istifadəçiyə bütün bildirişləri görmək imkanı verir.

Təqdim edilən görüntülərə baxdıqda; frontal kamera, barmaq izi skanneri kimi ötürücülərin olmadığını müşahidə etmək mümkündür. Lakin sözügedən ötürücülər smartfonun korpusunun arxa hissəsində yerləşdirilə bilər.

Maraqlı yeniliyin "HP" tərəfindən kommersiya məhsulu olaraq smartfon-bazarına təhvil verilməsi isə hələ də məlum deyil.