“Yonhap” Cənubi Koreyanın Milli kəşfiyyat agentliyinə (NIS) istinadən xəbər verir ki, hakerlər bu dəfə “Pfizer” serverlərinə hücum ediblər. Hakerlər koronavirusdan müalicə və “Pfizer” vaksininin texnoloji özəllikləri barəsində məlumatı əldə etmək istəyiblər. Lakin internet quldurlar tərəfindən məhz hansı məlumatın ələ keçiriləcəyi barəsində mənbə məlumat vermir.

Open.az xəbər verir ki, dekabr ayında hakerlər Avropanın Dərman Agentliyinin (EMA) bazasına kiberhücum uyğulamışdırlar. Həyata keçirilən hücum nəticəsində koronavirusla mübarizə aparan Pfizer/BioNTech və Moderna şirkətlərinə məxsus sənədlər kiberquldurlar tərəfindən əldə edilmişdir.