"Google" şirkəti "Stadia" oyun servisini hələ ötən ilin noyabr ayında istifadəyə verib.

Open.az xəbər verir ki, ilk zamanlar "Google Stadia" yalnız Pixel smartfonlarında dəstəklənsə də, hal-hazırda siyahı genişlənib.

Artıq 20 fevral tarixindən sözügedən servis "Samsung Galaxy S8"dən başlayaraq, "Samsung Galaxy S20 Ultra", "Razer Phone", "ASUS ROG Phone" modellərində belə dəstəklənəcək.

Qeyd edək ki, Stadia "bulud" servisi olaraq istənilən cihazlarda mini-oyunlardan istifadə imkanı verir. Bu servisdən yararlanmaq üçün əsas şərt isə internetin 20-35 Mb/san sürəti ilə çalışmasıdır.