"Google" şirkəti kontenti lisenzilaşdırılması üçün xüsusi proqram yaradaraq KİV-nə "keyfiyyətli" xəbərlər üçün ödəniş edəcək.

Open.az xəbər verir ki, ilk olaraq şirkət - alman, avstraliyalı və braziyalı informasiya agentlikləri ilə müqavilə bağlayıb.

Yeni lisenziyalaşdırma hüquqları "Google News" və "Google Discover" üçün keçərli olacaq. Bundan əlavə əgər mümkün olarsa şirkət ödənişli məqalələri istifadəçilər üçün əlçatan etmək üçün vəsait belə ödəməyə hazırdır. Belə ki, sözügedən addım ilə istənilən mənbənin istifadəçi kütləsini artırmaq mümkün olacaq.

Günel Gözəlova