"Google Maps" tətbiqi Android platforması üzərindən çalışan cihazlarda ABŞ şəhərlərinin virtual xəritələrinə işıqforların əlavəsini test edəcək.

Open.az xəbər verir ki, test edilən yenilik - San Fransisko, Nyu-York, Los-Anceles və Çikaqo şəhərlərinin virtual xəritələrinə əlavə olunacaq. Beləliklə də, yenilik müvafiq şəhərlərin küçələrində quraşdırılan işıqforlarda hansı işığının əks edilməsini belə göstərərək istifadəçiləri xəbərdar edəcək.

Qeyd edək, ötən il "Apple" şirkəti adı çəkilən funksiyanı "iOS 13" yenilənməsi ilə birgə təqdim etmişdir.