"Google Messages" istifadəçiləri tətbiqin işində aşkarlanan nasazlıqlar ilə bağlı "Google" şirkətinə müraciət ediblər.

Open.az xəbər verir ki, "Android" platforması əsasında çalışan smartfonlarda nasazlıqlar hələ 2019-cu ilin yanvar ayından başlayıb və bu günə qədər davam etməkdədir. Hətta o zaman məsələ rəsmi dəstək forumunda belə müzakirə olunub. Lakin "Google" şirkəti şikayətlərə yalnız indi, "Android Authority" adlı tematik resursun məsələyə müdaxiləsi ilə nəzər yetirib.

Şikayətlər sırasında - yayılan mətn, bəzi əlaqə nömrələrindən səhvən gələn ismarıclar, tətbiqin qeyri-planlı çıxışları, silinən və itirilən ismarıclar kimi "texniki nasazlıqlar" yer alıb.

Müzakirələrə baxmayaraq "Google Messages" tətbiqində yaranan problem həllini hələ də tapmayıb. Hətta fabrik ayarlar sıfırlansa belə tətbiqin işini tənzimləmək mümkün deyil. Qeyd edək ki, sözügedən nasazlıqlar təkcə "Google" smartfonlarında deyil, "Motorola", "Huawei", "HTC", "LG" və "Samsung" brendlərinə məxsus məhsullarda belə aşkarlanıb.

Günel Gözəlova