"Google" şirkətinin süni intellekti şəkillərdə artıq istifadəçilərin gender mənsubiyyətini qeyd etməyəcək.

Open.az xəbər verir ki, bu barədə şirkətin təchizatçılara ünvanladığı məktubda məlumat verilib.

Bundan sonra alqoritm gender tag-ların əvəzinə sadəcə "insan" işarəsini əks etdirəcək. İstehsalçı bu yeniliyi Cloud Vision API servisinin işindəki nasazlıqlar ilə izah edib.

"Google" şirkəti də öz növbəsində əlavə söz-söhbətlərə yol verməmək üçün bu funksiyanı deaktiv etmək qərarına gəlib.