"Google" dünyanın ən böyük ikinci ağıllı telefon istehsalçısı "Huawei" ilə ortaqlığına son qoyub.

Open.az "İndependent"ə istinadən xəbər verir ki, buna səbəb ABŞ və Çin arasındakı iqtisadi müharibənin böyüməsidir.

ABŞ prezidenti Donald Trampın "Huawei" qərarı ilə bərabər nəhəng marka qara siyahıya düşüb.

Bu qərar "Huawei" cihazlarının artıq "Google" xidmətlərindən istifadə edə bilməyəcəyi anlamına gəlmir.

"Google Play Store" və "Google Play Protect" "Huawei" telefonlarında işləməyə davam edəcək.

Yəni "Huawei" istifadəçiləri, telefonlarında "Google Play Store" tətbiqi olmaqla heç bir tətbiqin əskikliyini yaşamayacaq.

Gülnar Qafarlı