"Huawei" - ABŞ dövlətinin şirkətə qarşı yürütdüyü sanksiyadan sonra "Google" tətbiqlərinin analoqunu hazırlamaq niyyətində olduğunu bildirmişdir.

Open.az xəbər verir ki, şirkət "Petal Search" adlı axtarış servisini təqdim edib.

"Huawei" sözügedən servisin sadəcə axtarış alətləri ilə deyil, həmçinin hava, musiqi, video və hətta mehmanxanaların rezerv sistemi ilə təchiz edildiyini bildirib.