"Google", "Gmail" - poçt servisinin loqotipini dəyişərək yeniliklər əlavə etmək niyyətindədir.

Open.az xəbər verir ki, servisin loqotipinin ilk görüntüsü isə "9To5Google" saytında əks olunub. Daha sonra şirkət nümayəndələri, təqdim edilən görüntünün real olduğunu təsdiq edib.

Təqdim olunan ilk şəkildə isə "M" hərfi diqqəti cəlb edir.

"Google Meet" videokonfrans servisinin "Gmail" üzərinə inteqrasiyasından sonra, təchizatçılar ikincinin yalnız poçt servisi olaraq tanınmayacağını bildiriblər. Bu səbəbdən yenilənən loqotipin, brendin ümumi abu-havasına uyğun olaraq seçilməsi iddia edilir.

Ağ fonda təqdim edilən görüntüyə gəldikdə isə loqotipin son versiyasında "Google" ənənəyə uyğun olaraq; qırmızı, sarı, yaşıl və göy rənglərdən istifadə edəcək.

Qeyd edək ki, adətən "Google" yeni loqotiplərin təqdimatı zamanı, servisdə olan bir sıra yeni funksiyaları və dəyişiklikləri nümayiş etdirir.