"Facebook" şirkəti, "Forecast" servisini təqdim edib. Sözügedən servis sayəsində istifadəçilər gələcəkdə baş verənlər sayəsində məlumat əldə edə biləcəklər. Belə ki, platforma daxilində istənilən hadisələr ilə əlaqədar proqnozları yarada, şərh edə və izləmək mümkün olacaq.

Facebook тестирует сервис для обсуждения прогнозов событий в мире

Open.az xəbər verir ki, servis beta - sınaq mərhələsindədir və hələ ki, ABŞ və Kanada ərazisində yaşayan iOS platformasının dəvətli istifadəçiləri üçün təqdim edilib.
Lakin platforma üzərindən yaradılan proqnozlar "Forecast" rəsmi saytında kütləyə təqdim ediləcək.

Beləliklə, "Facebook" - tibb, elm və təhsil üzrə ekspertləri "COVID-19" pandemiyası və onun dünyaya göstərdiyi təsir ilə bağlı proqnozlar yaratmaq üçün platformaya dəvət etməyə başlayıb.

Günel Gözəlova