"Facebook" şirkəti "Facebook" və "İnstagram" sosial şəbəkələrində İranla bağlı yüzlərlə profil və qrupu silib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, hər iki sosial şəbəkədə ümumilikdə 780 səhifə, qrup və hesab silinib.

Qeyd edək ki, ötən ilin oktyabrında "Facebook" şirkəti İranla bağlı 80-dən çox səhifəni silmişdi.

Gülnar Qafarlı