"Facebook", tanınmış eynək istehsalçısı "Ray-Ban" ilə birlikdə "Project Aria" adlı ağıllı eynək hazırlayacaq.

Open.az xəbər verir ki, bu barədə Mark Zukerberq şirkətin təqdimatı zamanı məlumat verib.

Sözügedən model "Facebook" korporasiyasının işçilərinə təqdim edilərək informasiyanın yığılması üçün tətbiq olunacaq.

Korporasiyanın əməkdaşları həm ofis, həm də kütlə içərisində eynəkdən istifadə edərək hər hansı video, musiqi və sairə məlumatları asanlıqla əldə edə biləcəklər.

Buna baxmayaraq hər hansı məxfi məlumat (istənilən şəxsin siması və avtomobil nömrələri) avtomatik olaraq yayımtıl şəkildə əks olunacaq.

"Facebook" əməkdaşları artıq sentyabr ayından başlayaraq eynəklərdən istifadə edə biləcəklər. Qeyd edək ki, istifadə ilə bağlı xüsusi təlimlərin keçirilməsi belə nəzərdə tutulub.

Facebook and Ray-Ban parent company partnering on smart glasses - Business  Insider