"Facebook" təsisçisi Mark Zuckerberg dünya dövlətlərinin başçılarını interneti "Çin modelinə" bənzətməməyə çağırıb.

Open.az xəbər verir ki, bunun üçün hər bir demokratik ölkədə xüsusi "normativ bazanın" yaradılması vacibdir. Əks halda "Facebook" platformasının təsisçisi vəziyyətin acınacaqlı olacağını bildirib.

Zuckerberg qeyd edib ki, "Çin modeli" internet insanların öz istəyinə uyğun olaraq məlumatın paylaşımı və əldə edilməsini əngəlləyir.

Qeyd edək ki, Çin 2003-cü ildən başlayaraq ölkə ərazisində "Qızıl qalxan" adlı xüsusi internet-kontentin filtrasiyası sistemindən istifadə edir. Sözügedən sistem sayəsində veb-səhifələr dövlət təhlükəsizliyi ilə əlaqəli açar sözlər və saytların "qara siyahısına" uyğun olaraq filtrasiya olunur.