"Facebook" və "İnstagram" sosial şəbəkələri də, digər şirkətlərə qoşularaq Avropa üzrə paylaşılan videoların keyfiyyətini azaldıblar. Karantin müddətində bir çox insanlar ev şəraitində işləyir, distant təhsil alır və sevdikləri film və serialları izləyirlər.

Open.az xəbər verir ki, məlumatların ötürülməsinin pik nöqtəyə çatması, İnternetin işində nasazlıqlara və ya ümumi çökməyə gətirə bilər.

Bu səbəbdən avrokomissar Tyerri Breton (Thierry Breton), internet şəbəkəsinin işinin təhlükəsizliyini qorumaq məqsədi ilə videoların keyfiyyətini azaldılması üçün video strimminq servislərinə müraciət edib. Avrokomissarın müraciətinə ilk növbədə "Netflix", "YouTube" və "Amazon" müsbət cavab verib. İndi isə Avropa üzrə "Facebook" və "Instagram" internet şəbəkəsinin işinin təhlükəsizliyini qorunmaq üçün addım atıb.

Beləliklə tətbiq olunan bu qadağanın karantin müddətində qüvvədə qalması güman edilir.