Populyar sosial şəbəkələr "Twitter", "Facebook" və "İnstagram"da İrandan sonra Rusiya, Venesuela və Banqladeşə bağlı minlərlə saxta hesab silinib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin "Twitter" hesabında məlumat yayılıb.

"Twitter"dəki sözügedən açıqlamadan qısa müddət sonra "Facebook" və "İnstagram" üçün də belə bir addım atıldığı bildirilib.

"Facebook"un kiber təhlükəsizlik üzrə direktoru Nataniel Gleicher verdiyi açıqlamada "Facebook" və "İnstagram"dakı saxa hesabların silindiyini, "Whatsapp"da analoji hallara rast gəlinmədiyini bildirib.

Gülnar Qafarlı