Facebook və Instagram sosial şəbəkələrinin, həmçinin WhatsApp messencerinin işində problemlər bir sıra ölkələrdə müşahidə olunur.

Open.az xəbər verir ki, bu barədə populyar İnternet resurslarının işini izləyən Downdetector xidmətinin saytında məlumat verilib.

Nasazlıqlar ABŞ-ın şərq sahillərinin vaxtı ilə saat 14:48-də müşahidə olunmağa başlayıb. Ən çox şikayətlər ABŞ (xüsusən Florida ştatında), eləcə də Mərkəzi Amerikada yaşayan istifadəçilərdən gəlir.

Avropalı istifadəçiləri də bəzi nasazlıqlar barədə bildirirlər.