Populyar sosial şəbəkə "Facebook" sahibi olduğu "İnstagram" tətbiqinə aid milyonlarla istifadəçinin parollarının saxlandığını müəyyən edib.

Open.az xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

Bildirilib ki, "İnstagram" istifadəçilərinin şifrlənərək saxlanması gərəkən parollar şirkət tərəfindən saxlanılır.

Qeyd edək ki, "Facebook” şirkəti ötən ay da istifadəçilərin yüz milyonlarla şifrəsinin şifrələnməmiş vəziyyətdə saxladığı xəbərləri ilə gündəmə gəlib. Şirkət sistem boşluğunu etiraf edib və bunun aradan qaldırıldığını bildirib.

Mütəxəssislər istifadəçilərə hesab təhlükəsizliyi üçün parollarını yeniləməyi tövsiyə edir.

Gülnar Qafarlı