"Facebook" sosial şəbəkəsi analoji bəyənmə (like) sayğacını dayandıra bilər.

Open.az xəbər verir ki, bu barədə "Techcrunch" məlumat yayıb.

Sosial şəbəkə istifadəçilərini başqaları ilə müqayisə etməkdən qorumaq üçün bəyənmələrin sayını gizlətmək barədə düşünüb.

Qeyd edilib ki, "Facebook"un Android tətbiqetməsində gizli bəyənmələri olan prototip yaradılıb.

Xatırladaq ki, bir müddət öncə "İnstaqram" sosial şəbəkəsi də bəyənmə sayını göstərməcəyini bildirib.

Gülnar Qafarlı