Dünyanın ən çox satılan “iPhone XR” modelinin istehsalı koronavirusa görə dayandırılıb.

Open.az xəbər verir ki, bu barədə hindistanlı mənbə məlumat yayıb.

Qeyd edək ki, “Foxconn” şirkəti “iPhone XR” modelini Çennayda istehsal edir. Koronavirus pandemiyası ilə əlaqədar isə bütün texno-məhsulların istehsalatı dayandırılıb. Hüquq-mühafizə orqanları da öz növbəsində, bu ərazilərdə mütəmadi yoxlama işləri apararaq qaydalara əməl edilməsinə xüsusi ilə nəzarət edir.

Bir müddət əvvəl bir neçə araşdırma şirkəti, ötən il ərzində məhz “iPhone XR” modelinin texno-bazarda rekord həddində satıldığını bildirmişdir. Bunu nəzərə alaraq demək olar ki, sözügedən modelin istehsalına başlanmazsa, həmin smartfona yaxın zamanlarda olan tələbat xüsusi ilə artacaq.