11 iyun tarixində "Xiaomi Mi Band 5" fitnes-qolbağı təqdim olunacaq. Xatırladaq ki, "Xiaomi" brendinə məxsus "Mi Band 4" modeli tam bir il əvvəl istifadəçilərə təqdim olunub.

Yeni təqdim ediləcək modelə gəldikdə isə "Xiaomi Mi Band 5" smart-saatının displeyi 1,2 düym böyüyüb. Model, NFC dəstək (hətta beynəlxalq versiyada belə), "XiaoAl" və "Amazon Alexa" köməkçiləri, qanda oksigenin miqdarını hesablaya bilən "SpO2" ötürücüsü və 5 yeni rejim ilə təchiz edilib.