Bir müddət əvvəl "Android 11" əməliyyat sistemində yeni "Columbus" kodlaşdırılmış adı ilə xüsusi jest sistemi barəsində məlumat verilmişdir. "Columbus" - smartfonun arxa panelinə iki dəfə toxunmaqla digər funksiyaları idarə edə biləcək jest sistemidir.

Open.az xəbər verir ki, "Android 11 Developer Preview 2" - beta versiyanın təqdimatı ilə "XDA Developers" təchizatçıları "Columbus" haqqında əlavə yeni məlumatlar əldə ediblər.

"XDA Developers" bir müddət əvvəl "Columbus" sayəsində, arxa panelə iki dəfə toxunmaqla- kamera, Google Assistant, video və ya musiqinin işə salınmasını, gələn zənglərin deaktivasiyası kimi funksiyalarının asan idarəsindən bəhs etmişdirlər. İndi isə təchizatçılar bildirir ki, həmin jestlər vasitəsi ilə hətta ekran rəsmini və ən son istifadə edilən tətbiqlərin siyahısını belə əldə etmək mümkün olacaq.

Bununla belə jestlər xüsusi cihaz təminatını tələb etmir. Əsas olaraq istifadəçinin arxa panelə iki dəfə toxunmağını təyin etmək məqsədi ilə akselorometr ötürücüsü və giroskopdan istifadə edilir. Eyni zamanda təchizatçılar səhvən jest tətbiqinin qarşısını almaq istiqamətində işlər görürlər.

Enerjiyə qənaət etmək məqsədi ilə jestlər; ekran sönən, blok və kameranın aktiv olduğu zaman işləmir.