"Xiaomi" təchizatçıları "Xiaomi Mi A2" smartfonu üçün sistem yenilənməsini təqdim edib.

Bəzi cihaz istifadəçiləri sistem yenilənməsinin V11.0.11.0.QDIMIXM nömrə ilə təqdim edilərək, cəmi 24 MB həcminə malik olduğunu vurğulayıblar. Yenilənmə iyun ayına məxsus təhlükəsizlik patçı və "Google Phone" zənglərin yazılması funksiyası ilə təchiz edilib.

Əfsuslar olsun ki, sözügedən funksiyanın bütün ölkələrdə dəstəklənməsi barədə hələ məlumat verilmir.

Günel Gözəlova