Amerikanın "Huawei" şirkətinə qarşı irəli sürdüyü sanksiyalar nəticəsində, çinli şirkətlər də cavab olaraq bu istiqamətdə addımlar atıblar.

Belə ki, Çində fəaliyyət göstərən "Jiangsu Capital Wine & Spirits Co" şirkətinin əməkdaşları tətbiq edilən yeni qaydalara əsasən:

1. "iPhone" smartfonundan istifadəni dayandırmalı;

2. "Apple" brendinə məxsus smartfonu satın aldığı zaman, dərhal işdən azad edilməli;

3. "Huawei" markalı smartfonu əldə etdikdə isə 15%-lik kompensasiya ilə təmin olunacaqlar.

Şirkət tərəfindən tətbiq edilən yeni qaydalara əlavə olaraq, "iPhone" cihazından istifadə edən hər hansı əməkdaş 30 gün ərzində mütləq şəkildə smartfonu dəyişməlidir.

"MyDrivers" mənbəsinin verdiyi məlumata əsasən, adı çəkilən "Jiangsu Capital Wine & Spirits Co", "iPhone" smartfonundan istifadəni qadağa edən yeganə şirkət deyil. Mənbənin iddiasına görə, çinli şirkətlər əməkdaşlarından əksər hallarda məhz "Huawei" məhsullarını istifadə etməyi tələb edirlər.