İnternet satışı üzrə lider olan “Amazon” saytının rəhbəri Ceff Bezosun həyat yoldaşı Makkenzi Bezosdan boşanma müqaviləsinin detalları məlum olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən zəngin adamı olan Bezos həyat yoldaşından ən az 35 milyard dollarlıq bir müqavilə ilə boşanacaq.

Sözügedən rekord müqavilə indiyə qədər boşanma zamanı ödənilən ən yüksək məbləğ olub. Rekord boşanma müqaviləsinin detalları haqqında Makkenzi Bezos "Twitter" hesabında məlumat yayıb.

O, boşanma prosesinin Cef ilə bir-birinə dəstək olaraq başa çatmasından məmnunluq duyduğunu etiraf edib.

Həmçinin, Makkenzi ərinin 25 il öncə yaratdığı "Amazon" şirkətinin 4%-lik hissəsinə sahib olmağa davam edəcək.

Qeyd edək ki, dörd uşaqları olan cütlük Bezosun "Amazon" şirkətini qurduğu 1994-cü ildən bəri birlikdə olub. Milyonçu həyat yoldaşından xəyanətə görə boşanıb.

Gülnar Qafarlı

Ceff Bezoz boşandığı həyat yoldaşını dünyanın ən zəngin qadını etdi