Populyar mesajlaşma tətbiqi "WhatsApp" gizli özəlliyini təqdim edib.

Open.az "CNN"ə istinadən xəbər verir ki, bunun üçün "WhatsApp"da "Ayarlar", daha sonra "Gizlilik" bölməsinə daxil olun.

Sözügedən bölmədə tətbiqə barmaq izi təhlükəsizliyinin gəldiyini görəcəksiniz. Artıq barmaq izini verməyən "WhatsApp"a daxil ola bilməyəcək.

Beləliklə telefon ekranınızın kilidini açsanız belə, "WhatsApp"a daxil olmaq üçün barmaq izi vermək məcburiyyətində qalacaqsınız.

Gülnar Qafarlı