Yay mövsümünün sonu və payızın əvvələri təqdim edilən smartfon bazarının iki ən maraqlı yeniliyi - "Galaxy Note 20" və "iPhone 12" flaqmanları olacaq. Aziz Ghaus adlı insayer iki rəqibin renderini təqdim edib.

Open.az xəbər verir ki, renderdə "Samsung Galaxy Note 20 Ultra" və "iPhone 12 Pro (və ya iPhone 12 Pro Max)" böyük modelləri əks edilib.

Modellərin ümumi ölçüsü eyni olub, kamera modulları fərqli bloklar daxilində yerləşib. Bundan əlavə hər iki smartfon gözoxşayan Mystic Bronze rəngində təqdim ediləcək. Məhz bu rəngdə Samsunq flaqmanı rəsmi saytda qeydə alınıb.

Xatırladaq ki, "Samsung Galaxy Note 20" seriyasının smartfonları 5 avqust, "iPhone 12" flaqmanları isə payız aylarında təqdim ediləcək.

Günel Gözəlova