"Samsung Electronics" şirkəti Rusiyada rahat baxıla bilən şaquli vəziyyətdə mobil kontenti izləmək imkanı verəcək televizor təqdim edib.

Open.az xəbər verir ki, "Samsung The Sero" televizorunun təqdimat mərasimi hələ ötən ilin aprel ayında baş tutub. İlin əvvəlində televizorun artıq Avropa və ABŞ ərazisində satışa çıxarılacağı bildirilib. Koreya dilindən tərcümədə televizorun adı "şaquli" mənasını verir.

"Samsung The Sero" televizoru 90 dərəcə çevirilərək, planşet və smartfon analoqu olaraq istifadə edilə bilir. İstehsalçı, bu üsulla istifadəçilərin hətta sosial-şəbəkələrdən olan fərqli kontenti (məsələn, YouTube servisi) rahatlıqla ekrana uyğulaşdırılmasını təmin edib.

Unikal-dizayna malik televizor əslində istifadəçilər üçün bir sıra unikal fürsət təqdim edib. Belə ki, smartfonun ekranında əks edilən görüntünü asanlıqla televizorun çərçivəsinə toxunaraq köçürmək mümkündür. Eyni ilə televizorda smartfona uyğun olaraq smartfon ekranına uyğun şəkildə çevirilmək xüsusiyyətinə malikdir.