Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların və kiberinsidentlərin qarşısının alınması məqsədilə Azərbaycanda internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla, aradan qaldırılıb.

Open.az-ın məlumatına görə, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.