Finlandiyanın "Nokia" şirkəti, "NASA" kosmik agentliyindən 14,1 milyon ABŞ dolları həcmində vəsait əldə edəcək.

Open.az xəbər verir ki, sözügedən məbləğ Ayda 4G şəbəkəsinin qurulmasına sərf ediləcək.

Bu həcmdə investisiyanın ayrılmasını isə "NASA" dünən "Artemida" missiyası üçün Aya göndəriləcək ilk heyət ilə əlaqədar 370 milyon ABŞ dolları dəyərində sazişlərin imzalanması ərəfəsində bildirib. Kosmik agentliyinin verdiyi məlumata əsasən heyətin tərkibində ən azı bir qadın iştirak edəcək. Sazişi isə "Nokia"nın nəzdində ABŞ-da fəaliyyət göstərən şirkət imzalayıb.

Yerin peyki olan Ayda qurulacaq 4G şəbəkədən astronavtlar və nəqliyyat vasitələri istifadə edəcək. Bu addım ay bazasının gələcəyi üçün vacib məqamlardan biri kimi qiymətləndirilir.