Lüks seqmentə daxil olan avtomil istehsalçısı "Aston Martin" brendi, bu dəfə fərqli məhsul təqdim edib.

Open.az xəbər verir ki, "AMR-C01" adlı yarış simulyatoru, "Curv Racing Simulators" studiyası ilə "Aston Martin" brendi tərəfindən ərsəyə gətirilib.

Yenilik - "Aston Martin Valkyrie" oturacağı, çoxfunksiyalı sükan, 9 ədəd dönmə işığı keçiriciləri, düymələr, displey və idman üslubunda hazırlanan pedallar ilə təchiz olunub.

Oyunun görüntüləri simulyatorun geniş və hər iki tərəfdən əyilən displeyində əks edilir, səs effektlərinə isə "Sennheiser" texnologiyası cavabdehdir.

İstifadəçiləri - "AMR-C01" oyun konsoluna öncədən endirilən "Assetto Corsa" oyunu kimi digər yarış oyunlarına da qoşa bilər.

Yeniliyin işini, "Intel Core i7" prosessoru və "GTX 2080" videokartı təmin edir.

Hər hansı model avtomobilin satın alınması prosesində olduğu kimi simulyatorun ümumi korpusunun rəngi və oturacağının dizaynını alıcı istəyə uyğun olaraq dəyişə bilər.

"AMR-C01" yarış simulyatoru, 2020-ci ilin dördüncü rübünün sonunda 150 ədəd olaraq, 74 min ABŞ dolları (57 500 funt sterlinq) dəyərində satışa çıxarılacaq.