"Apple" şirkəti iPad 8 planşet kompüterinin yenilənmiş modelini təqdim edib.

Open.az-ın məlumatına görə, həmin planşet kompüterinin yenilənmiş modeli A12 Bionic prosessoruna sahib olub.

Onun sayəsində iPad-ın yeni nəsili keçmiş modelindən 40 faiz sürətli və digər istehsalçıların rəqiblərindən bir neçə dəfə daha sürətli işləyəcək.

Məlumata əsasən, yenilənmiş batareya iPad 8 ilə 24 saat ərzində yenidən doldurmadan istifadə etməyə imkan verəcək.

Yenilənmiş iPad-ın qiyməti konfiqurasiyadan asılı olaraq 329 dollardan başlayır.