"IDC" analitikləri, Çinin naqilsiz qulaqlıqlar bazarının birinci yarısı üçün satılan modellərin sayını araşdırıb.

Open.az xəbər verir ki, sözügedən müddət ərzində ümumi olaraq 42,56 milyon cihaz satılıb.

Ötən yarımil ilə müqayisədə, bu qəlibdən olan modellərin satışı tam olaraq 49% artıb.

Naqilsiz qulaqlıqların satışına müsbət təsir edən faktor isə pandemiya zamanı bir çox insanın ev şəraitində işləyib, təhsil almasıdır.

Bazarın liderlərinə gəldikdə: "Apple"brendi 18,1%-lə birinci, "Huawei" 10,1%-lə ikinci və 8,3%-lə "Xiaomi" üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk üç istehsalçı tərəfindən satılan naqilsiz qulaqlıqlar, bazarın ümumi həcminin 37%-ni təşkil edir.