Bəzi mənbələr "Apple Watch Series 6", saatlarının JDI (Japan Display) şirkətinə məxsus displey ilə təchiz olunacağını bildirilir. Sözügedən displey "Apple Watch Series 5" modelində rast gəlinən OLED - matrisadır. Xatırladaq ki, daha öncə yeniliyin "microLED" texnologiyası ilə təchiz olunacağı gözlənilirdi.

Open.az xəbər verir ki, bundan əlavə olaraq yeni saatlar - "Apple Watch Series 5" modelinə bənzər dizayn, yenilənən prosessor, SpO2 ötürücü, yuxunu izləyən funksiya və fərqli ölçü və materiala malik korpus ilə təchiz edilib.

Qeyd edək ki, "Apple Watch Series 6" smart-saatı "iPhone 12" seriyasına daxil smartfonlar ilə birlikdə payız mövsümündə təqdim olunacaq.