"9to5Mac" mənbəsinin verdiyi məlumata əsasən, "WatchOS 7" yenilənməsindən sonra "alma" platformasının ağıllı saatlarında "GPS" qeydləri itib.

Open.az xəbər verir ki, yaranan problem ilə əlaqəli istifadəçilər forumda "GPS"-in yalnız başlanğıc nöqtəni göstərməsi və "iPhone"a qoşulmadan smart-saatda ümimiyyətlə marşrutun əks olunmadığını bildirirlər.

Qeyd edək ki, problem hələ də həll olunmayıb və məlumata görə "Apple Watch" istifadəçilərinin hər biri yenilənmədən sonra smart-saatda yaranan nasazlıq ilə qarşılaşıblar.

"Apple" şirkətinin əməkdaşı isə istifadəçilərə, ağıllı-saatda ümumi məxfiliyi qoruyan parametrləri bağlamağı məsləhət görüb. Lakin, bu addım belə yaranan nasazlığı aradan qaldıra bilməyib.