"Apple" və "Google" şirkətləri koronavirusa yoluxmuş pasiyentlərin əhatə dairəsini təyin etməyə imkan verən izləmə texnologiyasını hazırlayıblar.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətlər tibb işçilərinə yardım məqsədilə Bluetoth simsiz texnologiyasından istifadə etməklə xəstələrin təmasda olduğu şəxsləri aşkarlamağa imkan verən texnologiyanı yaratdıqlarını bəyan ediblər.

Qeyd edək ki, yaxın gələcəkdə hər iki şirkət yeni texnologiyanı yoluxmuş insanların çevrəsini izləmək üçün hazırlanacaq mürəkkəb çoxfunksiyalı bir vasitəyə çevirməyi planlaşdırır.

Gülçin Cəmil