Mütəmadi olaraq "Apple" korporasiyasının gözlənilən təqdimat mərasiminin tarixi ilə bağlı müxtəlif məlumatlar paylaşılır.

Open.az "AppleInsider"a istinadən xəbər verir ki, bu dəfə isə şirkət özü təsadüfən təqdimat tarixinə aid məlumat sızdırıb.

"Alma" şirkətinə məxsus "YouTube" kanalında "WWDC 2020" konfransının 10 sentyabr tarixində baş tutacağı ilə əlaqəli ismarıc (10 sentyabr tarixində görüşənədək) aşkar ediblər. Lakin şirkət, sözügedən "məqamı" dərhal silib.

10 sentyabr tarixində əgər şirkətin gözlənilən tədbiri baş tutarsa o zaman tam 9 ədəd yeni məhsul təqdim ediləcək.

Tədbir zamanı: 4 ədəd "iPhone 12" flaqmanı, yeni nəsil "iPad", ağıllı saat "Apple Watch 6", "AirTag", kredit kartı"Apple Card" və naqilsiz şarj stansiyası "AirPower" nümayiş olunacaq.

Qeyd edək ki, adəti üzrə "Apple" şirkəti tədbirlərini bazar ertəsi günü düzənləyir. Bu dəfə isə 10 sentyabr cümə gününə təsadüf edəcək, "iPhone 12" smartfonları təqdimat tədbirindən bir neçə həftə sonra satışa çıxarılacaq.

article thumbnail