Artıq bir müddətdir ki, "Apple" şirkətinin şəxsi ARM-prosessorlarının istehsalı ilə məşğul olması ilə bağlı şayələr yayılmaqdadır.

Open.az xəbər verir ki, sözügedən yenilik Mac xəttinə aid məhsullarda "İntel" çipini əvəzləyəcək.

"Fudge" adlı mənbə "Apple" brendinin ARM bazalı Mac istehsalına xüsusi diqqət ilə yanaşdığını bildirib. Qeyd edilir ki, yeniliyin "ilk elçisi" kimi "Apple T1" (daha sonralar isə T2-yə qədər yenilənən) prosessor çıxış edib. "Apple T1" 2016-cı ildə təqdim edilərək "Apple" kompüterlərində vacib təhlükəsizlik funksiyalarının tənzimlənməsi üçün istifadə edilib.

İnsayderin sözlərinə görə, bu addım ARM-çip hazırlanmasında ən vacib mərhələlərdən biridir. "Apple" şirkəti də sözügedən mərhələni uğurla dəf etməyi bacarıb.

Günel Gözəlova