"Apple" şirkəti - ABŞ, Çin və Rusiya ölkələri daxil olmaqla öz internet mağazalarında bir neçə smartfonun birdən alınmasını qadağa edib.

Open.az xəbər verir ki, hal-hazırda bu qadağaya uyğun, bir alıcı maksimum iki smartfon əldə edə biləcək. Qadağa, "Apple" şirkətinin, koronavirus ucbatından Çində yerləşən bütün parakəndə satış mağazalarını bağladıqdan sonra tətbiq olunmağa başlayıb. İstifadəçilər rəsmi saytda yalnız iki smartfonun əldə edilməsini təsdiqləyib.
Qeyd edək ki, qadağa hər hansı bir modelin bütün modifikasiyalarına (rəng, yaddaş həcmi) uyğun tətbiq olunur.