"Apple" brendinin saytında "iOS 14" və "iPadOS 14" əməliyyat sistemlərində WWDC konfransında dünən axşam təqdim edilməyən faydalı yenilik qeyd edilib.

Open.az xəbər verir ki, sözügedən yenilik sistemdə kənar tətbiqlərin istifadəsi üçün imkan yaradır. Hələ ki, bu yenilik brauzer və poçt seçiminə aid ediləcək.

Qeyd edək ki, "iOS 13" platformasında "Chrome" və "Gmail" poçt tətbiqindən istifadə etmək mümkün olsa da, bütün linklər "Safari" və "Mail" vasitəsi ilə açılır.

Günel Gözəlova