"Apple" şirkəti, Sinqapur höküməti ilə səhiyyə sahəsində əməkdaşlığa başlayıb.

Open.az xəbər verir ki, yeni layihə sayəsində Sinqapurda yaşayan "Apple" istifadəçiləri, xüsusi "LumiHealth" adlı tətbiq ilə "iPad" və "iPhone" cihazlarında pul qazana biləcəklər.

Maraqlı tətbiq haqqında - "Apple Event" tədbiri zamanı brendə məxsus "Apple Watch Series 6" və "Apple Watch SE" smart-saatlarının təqdimatı anında məlumat paylaşılıb.

"LumiHealth" - tətbiqinə gəldikdə isə yenilik, həkim və ekspertlərin birgə fəaliyyəti nəticəsində ərsəyə gələrək istifadəçiyə aktiv həyat sürməkdə yardım edəcək.