"Apple" yenə də fərqlənməyi bacarıb. Bu dəfə "alma" brendi Sinqapurda tamamilə su üzərində yerləşən mağazanı təqdim edib.

Open.az xəbər verir ki, yenilik sayca "Apple" brendinin 512-ci mağazası olaraq "Apple Marina Bay Sands" adı ilə tezliklə qapılarını alıcıların üzünə açacaq.

"Marina Bay Sands" gündüzlər kosmik gəmini xatırlatsa da, gecə saatlarında xüsusi işıqlar ilə Sinqapurun möcüzəvi bir parçasına çevirir.

Dünyada ilk üzən "Apple Store" olaraq "Marina Bay Sands"ın interyeri ilə əlaqədar hər hansı görüntülər paylaşılmasa da, "Apple" korporasiyası maraqlı video çarx ilə yeniliyi virtual olaraq izləyicilərə nümayiş etdirə bilib.

Qeyd edək ki, "Apple" brendinin rəsmi saytında "Apple Marina Bay Sands" mağazasına aid yeni səhifə işə salınıb. Lakin sözügedən mağazanın dəqiq açılış tarixi hələ naməlum olaraq qalmaqdadır.

Фото: Roslan Rahman / AFP via Getty Images

Фото: @javanng / Twitter