ABŞ birjasında “Apple”ın səhmlərinin qiyməti 27, 17 faiz artıb.

Open.az-ın verdiyi məlumata əsasən, iyulun 31-də ABŞ şirkətinin qiymətli kağızlarının dəyəri ilk dəfə 412,03 ABŞ dolları olub.

“Apple”ın bazar kapitallaşması 1,77 trilyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, 2019-cu ilin sentyabr ayında “Apple” smartfonlarının yeni modellərini buraxıb: “iPhone 11 Pro”, “iPhone 11 Pro Max”, “iPhone 11”. Yeni qacetların təqdimatından sonra şirkətin kapitallaşması 1 trilyon ABŞ dolları aşıb.