"Apple" brendinin tanınmış analitiklərindən (Ming-Chi Kuo) illərdir ki, şirkətin məhsulları ilə bağlı dəqiq məlumatlar paylaşır. Bu dəfə isə o, "iPhone 12" smartfonunun komplektinə aid olacaq məşhur qulaqcıqların əlavə edilməyəcəyini bildirib.

Open.az xəbər verir ki, sevilən naqilli qulaqcıqları komplektdən çıxarmaqla şirkət "AirPods" qulaqcıqlarının satışını artırmaq niyyətindədir.

Qeyd edək ki, sözügedən naqilli qulaqcıqlar hələ ilk "iPhone" smartfonunun anons edildiyi andan etibarən təqdim edilib. Çünki "Apple" ilk zamanlarda "iPhone" smartfonunu "iPod" musiqi pleyeri olaraq qələmə verib. "iPhone 7" smartfonunun təqdimatından sonra isə komplektə "Lightning" bağlantılı "EarPods" qulaqcıqları əlavə edilmişdir.

İnformator, "Apple" şirkətinin qış aylarında xüsusi endirim kampaniyaları keçirərək naqilsiz qulaqcıqların sürətli satışını həyata keçirəcəyini qeyd edib.