Tanınmış insayder Con Prosser, “Apple” brendinin yeni qatlanan model üzərində işlədiyi ilə bağlı yeni məlumat təqdim edib.

Open.az insayder Con Prosserin verdiyi məlumata istinadən xəbər verir ki, “Apple” hazırladığı yeni modeli 2022-ci ildən daha tez müddətdə təqdim etməyi planlaşdırmır.

Cihaz məşhur “Samsung Galaxy Z Flip” modelinə konstruksiya etibarı ilə bənzər olub, tam açıldığı zaman planşet formasını alacaq.

Şirkət bu dəfə fərqli rəngli korpuslara üstünlük verərək, cihazın qiyməti ilə bağlı maraqlı qərar qəbul edib. Belə ki, sözügedən konstruksiyaya malik smartfonlar yetəri qədər bahalı qiymət seqmentinə daxildir. “Apple” isə bu dəfə istisna hal olaraq, oyunun qaydalarını dəyişib, qatlanan lakin daha münasib qiymətli smartfonu bazara çıxarmaq niyyətindədir.

Bundan əlavə smartfonun möhkəm panellərinin təchizatçısı “Samsung” şirkəti olacaq.

Qeyd edək ki, məhz Con Prosser ilk və yeganə mənbə olaraq “iPhone SE" və “MacBook Pro 13” noutbukunun təqdimat tarixini dəqiq şəkildə paylaşmışdır.